Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yağı tapdağında olan torpaqlarımız azadlığa qovuşdu

0

  •           Məlum olduğu kimi, Azərbaycanda şəhid ailələrinin müharibə əlillərinin, müharibə veteranlarının, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməs, problemlərinin həlli, dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu baxımdan dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ​ Ərazi Bütovlüyünün müdafiəsi ilə əlaqədar yaralananlar və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” fondu) yaradılması haqqında” imzaladığı fərman böyük əhəmiyyət kəsb edir. Azərbaycan xalqı, dünya Azərbaycanlıları “qələbəni bizə yaşadanları yaşatmaq” şüarı altında birləşərək igidlərimizin problemlərini​ həll etmək məqsədi ilə maddi yardım göstərmək üçün ”YAŞAT” fondu adı altında dəstək fəaliyyətinə başladılar. Azərbaycan böyük zəfərlə ərazilərini ermənistan işğalından azad etdirən tarixin ən yadda qalan və şanlı dövrünə qədəm qoydu. Bundan sonra işğaldan azad edilən ərazilərdə müasir və layiqli həyatın təmin edilməsi üçün bütün sahələrdə quruculuq bərpa və abadlıq işləri aparılacaq. Dövlət başçısının dəstəyi ilə yaradılan “Qarabağ Dirçəliş Fondu” bu işlərə dəstək olacaq. Işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərdiyi dəstək tarixi qələbəmizə qüdrətli və güclü Azərbaycan naminə, milli birlik ideyasına suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq.İşğaldan azad olunmuş ərazilərimiz dünyanın ən gözəl və füsunkar turizm guşələrinə çevriləcək.Erməni təcavüzü nəticəsində 11 Azərbaycan rayonuna ciddi ziyan dəymişdir. Bunlar: -Tərtər, Ağcabədi, Beyləqan, Gəncə, Bərdə, Goranboy, Naftalan, Füzuli, Mingəçevir, Cəbrayıl, Ağdam rayonlarıdır. Hal-hazırda həmin ərazilərdə bərpa işləri davam etdirilir.Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün cənab İlham Əliyevin sərəncamı ilə Dövlət Komossiyası yaradılıb. Həmin komissiya ağıllı kənd, ağıllı şəhər layihəsinə əsaslanaraq quruculuq işlərini başa çatdıracaq və sakinlərimizin doğma yurd yuvalarına dönmələrini təmin edəcəkdir. Yaşasın Azərbaycan! Yaşasın Ümummilli Liderin davamçısı Ali Baş Komandan İlham Əliyev! Qarabağ Azərbaycandır!​Elnarə Həsənova,Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib47 dəfə
    Yağı tapdağında olan torpaqlarımız azadlığa qovuşdu

    Maraqlı gələ bilər
    52